Bakı. 21 iyun. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərində cinayətkarlığa qarşı keçirilən genişmiqyaslı əməliyyat nəticəsində ən azı 6 nəfər ölüb, 14 yaşlı yeniyetmə yaralanıb.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, əməliyyatda polis və ordu birləşmələri iştirak edib.
Ölənlərin hamısı 20-30 yaşlı gənclərdir.
Şahidlərin sözlərinə görə, əməliyyat zamanı helikopter və tanklardan istifadə olunub.