Bakı. 4 May. REPORT.AZ/ Respublikaçılar nominasiyası uğrunda mübarizədə Donald Trampın yeganə real rəqibi olan senator Ted Kruz çərşənbə günü ABŞ-ın prezident postu uğrunda mübarizəni dayandırdığını bildirib.
"Report" xəbər verir ki, bu halda, milyarder Donald Tramp Respublikaçıların rəsmi namizədi olub.
"Mən ən əvvəldən demişdim ki, əgər qələbəyə doğru yol olarsa, sona qədər gedəcəyəm. Bu gün mən təəssüf hissi ilə deyirəm ki, çox güman bu yol bağlanıb. Seçicilər başqa yolu seçdilər", — deyə Kruz bildirib.
"Ürək ağrısıyla, lakin ölkəmizin uzunmüddətli gələcəyi ilə bağlı sonsuz nikbinlik hissi ilə biz bu kampaniyanı dayandırırıq", - deyə Kruz yekunlaşdırıb.