​Rəsmi Seul Şimali Koreya ilə danışıqlar aparmağa hazır olduğunu bildirib

​Rəsmi Seul Şimali Koreya ilə danışıqlar aparmağa hazır olduğunu bildirib Şimali Koreya liderinin bəyanatı Seulda iki yerə parçalanmış Koreya yarımadasının birləşməsi ilə bağlı yenidən ümid yaradıb
Digər ölkələr
2 Yanvar , 2015 10:21
​Rəsmi Seul Şimali Koreya ilə danışıqlar aparmağa hazır olduğunu bildirib

Bakı. 2 yanvar. REPORT.AZ/ Rəsmi Seul Şimali Koreya ilə danışıqlar aparmağa hazır olduğunu bildirib.

"Report"un "Renhap" agentliyinə istinadən verdiyi məlumata görə, Cənubi Koreyanın baş naziri Çon Xon Von bildirib ki, hökumət iki Koreya arasında sammitin keçirilməsi üçün əlindən gələni edəcək.

Birləşmə məsələləri üzrə nazir Lyu Kil Çje də sammitin keçirilməsinə hazır olduğunu bildirib.

Qeyd edək ki, Yeni ildə xalqa müraciət edən Şimali Koreya lideri Kim Çen In rəsmi Seulla yüksək səviyyədə danışıqların aparılmasına hazır olduğunu bildirib. Bu bəyanat Cənubi Koreyada iki yerə parçalanmış Koreya yarımadasının birləşməsi ilə bağlı yenidən ümid yaradıb.

Son xəbərlər

Orphus sistemi