Yuxarı

Rəsmi Mexiko Trampın Meksika mallarına rüsum tətbiq edəcəyi açıqlamasından sonra ABŞ-a nümayəndə göndərəcək

Rəsmi Mexiko Trampın Meksika mallarına rüsum tətbiq edəcəyi açıqlaması

Meksikanın prezidenti Andres Manuel Lopes Obrador  həmkarı Donald Trumpun Meksikadan gələn mallar üzrə 5% rüsum tətbiq edəcəyi açıqlamalarından sonra ABŞ-a heyət göndərmək niyyətində olduğunu açıqlayıb.

"Report" xəbər verir ki, Birləşmiş Ştatların prezidentinə bu müraciət Meksika liderinin şəxsi "Twitter" səhifəsində qeyd olunub. 

Qeyd edək ki, İyunun 10-dan ABŞ bütün Meksika mallarına ölkəyə qeyri-leqal miqrant axınının qarşısı alınana qədər 5 faiz rüsum tətbiq edəcək. Tariflər qeyri-leqal miqrasiya problemi aradan qaldırılana qədər yavaş-yavaş artırılacaq. Bu halda bütün tariflər aradan qaldırılacaq

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi