Rəsmi Berlin Suriya liderinə münasibətdə taktikanı dəyişir

Rəsmi Berlin Suriya liderinə münasibətdə taktikanı dəyişir Merkel bildirib ki, Suriyada “bir çox əlaqədar şəxslə” dialoq aparmaq lazımdır
Digər ölkələr
27 Sentyabr , 2015 17:45
Rəsmi Berlin Suriya liderinə münasibətdə taktikanı dəyişir

Bakı. 27 sentyabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel Brüsseldə Avropa İttifaqının növbədənkənar zirvə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib ki, Suriya münaqişəsinin nizama salınması üçün “bir çox əlaqədar şəxslə” dialoq aparmaq lazımdır. Kansler daha sonra təklifinin ən mühüm ikinci hissəsini səsləndirib: “...o cümlədən Əsəd ilə”.

Almaniya hökuməti indiyədək ancaq Suriya liderinin istefaya getməsini tələb edirdi. Amma qaçqınların Avropaya və ilk növbədə Almaniyaya axını, İŞİD terrorçu qruplaşmasının mövqelərinin möhkəmlənməsi, görünür, hökumətin siyasi kursunun tədricən dəyişməsinə səbəb olub.

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer artıq bu ilin əvvəllərində qəzetlərin birinə müsahibəsində bildirmişdi ki, prinsip etibarilə Suriya rəhbərliyi ilə danışıqlar imkanını istisna etmir.

Son xəbərlər

Orphus sistemi