"İŞİD qruplaşması Avropada qanlı cinayətlər üçün azı 400 kamikadze hazırlayıb"

"İŞİD qruplaşması Avropada qanlı cinayətlər üçün azı 400 kamikadze hazırlayıb" Kamikadzelər İraq və Suriyadaki düşərgələrdə xüsusi təlim proqramından keçib
Digər ölkələr
24 Mart , 2016 01:34
İŞİD qruplaşması Avropada qanlı cinayətlər üçün azı 400 kamikadze hazırlayıb

Bakı. 24 mart. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşması Avropada qanlı cinayətlərin törədilməsi məqsədi ilə azı 400 kamikadze hazırlayıb.

"Report"un "Lenta.Ru"-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Associated Press" agentliyi öz mənbələrinə əsaslanaraq məlumat yayıb.

Məlumata əsasən, kamikadzelər İraq və Suriyadaki düşərgələrdə xüsusi təlim proqramından keçib.

Paris və Brüsseldə terror aktlarını həyata keçirən kamikadze şəbəkəsinin üzvlərinin hazırda Almaniya, Böyük Britaniya, İtaliya, Danimarka və İsveçdə olduğu idda edilir. 

Son xəbərlər

Orphus sistemi