​Qvineyada qızıl mədəninin uçması nəticəsində 13 nəfər ölüb

​Qvineyada qızıl mədəninin uçması nəticəsində 13 nəfər ölüb İnsanların qapalı şaxtada qanunsuz işlədiyi bildirilir
Digər ölkələr
22 Dekabr , 2015 07:02
​Qvineyada qızıl mədəninin uçması nəticəsində 13 nəfər ölüb

Bakı. 22 dekabr. REPORT.AZ/ Qvineyanın şərqində qızıl mədəninin uçması nəticəsində 13 nəfər həyatını itirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, yerli məmur insanların mədəndə qanunsuz işlədiyini və hadisənin bir neçə gün əvvəl baş verdiyini bildirib.

Qeyd olunur ki, Qərbi Afrika ölkəsində faydalı qazıntıların qeyri-leqal hasilatı son dərəcə təhlükəlidir və əksər hallarda bədbəxt hadisələrə gətirib çıxarır.

Hakimiyyət belə müəssisələrin fəaliyyətinin qarşısını almağa çalışsa da, regionda yoxsulluq insanları qapalı obyektlərə getməyə sövq edir.

Son xəbərlər

Orphus sistemi