Yuxarı

Qvatemalada vulkan püskürməsi zamanı ölənlərin sayı 99 nəfərə çatıb - YENİLƏNİB

Qvatemalada vulkan püskürməsi zamanı ölənlərin sayı 99 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 6 iyun. REPORT.AZ/ Qvatemalada vulkan püskürməsi zamanı ölənlərin sayı 99 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "AFP" dövlət orqanlarına istinadən məlumat yayıb.

Daha əvvəl 192 nəfərin itkin düşdüyü bildirilirdi.


***22:38

Qvatemalada Fueqo vulkanının püskürməsi zamanı ölənlərin sayı 82-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Prensa Libre" portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, yanıq xəsarətləri alan qadın xəstəxanada ölüb. Ərazidə daha 6 nəfərin cəsədi tapılıb.

Qvatemalanın Təbii Fəlakətlərin Nəticələrinə qarşı Mübarizə üzrə Milli Xidmətinin məlumatına görə, 192 nəfər itkin düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi