Bakı. 9 oktyabr. REPORT.AZ/ Qvatemalada sürüşmə nəticəsində ölənlərin sayı 237 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Müxtəlif qiymətləndirmələrə görə, bu günə qədər 300-ə yaxın insanın aqibəti naməlum olaraq qalmaqdadır.
Bir həftə öncə 125 evin çoxmetrlik torpaq və daş qatları altında qaldığı Kambray-2 qəsəbəsində dağıntıların təmizlənməsi davam etdirilir.