Yuxarı

Qvatemalada 5,1 bal gücündə zəlzələ olub

Tələfat və ya dağıntı barədə məlumat yoxdur

Bakı. 5 noyabr. REPORT.AZ/ Qvatemalanın cənubunda 5,1 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi - (EMSC) məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yeraltı təkanlar yerli vaxtla saat 12:12-də qeydə alınıb. Zəlzələnin episentri Retaluleu şəhərindən 11 kilometr cənubda, paytaxt Qvatemaladan 132 kilometr qərbdə yerləşib. Zəlzələ ocağı 100 kilometr dərinlikdə olub.

Tələfat və ya dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi