Qvatemalada 3 polis əməkdaşı öldürülüb, 8-i yaralanıb

Qvatemalada 3 polis əməkdaşı öldürülüb, 8-i yaralanıb Ötən sutka ərzində ölkədə polisə 9 hücum hadisəsi baş verib
Digər ölkələr
22 Mart , 2017 00:57
Qvatemalada 3 polis əməkdaşı öldürülüb, 8-i yaralanıb

Bakı. 22 mart. REPORT.AZ/ Qvatemalada ötən sutka ərzində polisə 9 hücum hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə ölkə milli polisinin direktoru Neri Ramos məlumat verib.

Bu, "Etapa-2" islah müəssisəsində girovların azad edilməsi üzrə əməliyyat ilə əlaqəli ola bilər.

Hücumlar nəticəsində 13 cani saxlanılıb, onların əksəriyyəti "Barrio-18" dəstəsinin üzvləridir. Eyni zamanda 3 polis əməkdaşı ölüb, daha 8 nəfəri yaralanıb.

Son xəbərlər

Orphus sistemi