Yuxarı

Qvatemala məhkəməsi sabiq hərbçini 5 min ildən çox həbs cəzasına məhkum edib

Qvatemala məhkəməsi sabiq hərbçini 5 min ildən çox həbs cəzasına məhkum edib

Bakı. 22 noyabr. REPORT.AZ/ Qvatemala məhkəməsi sabiq hərbçi Santos Lopes Alonsoya 30 il əvvəl 171 nəfərin qətlə yetirilməsində iştirak etdiyinə görə 5 min ildən çox müddətə həbs cəzası verib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən məlumat verir.

Tribunal yekdilləklə Alonsonun 1982-ci ildə 171 nəfərin qətlə yetirtilməsinə görə məsuliyyət daşıdığını bildirib və hər ölən adama görə 30 il (toplamda 5130 il) həbs cəzası verib. Sabiq hərbçi digər epizoda - yetkinlik yaşına çatmayan şəxsi qaçıraraq öldürdüyünə görə daha 30 illik həbs cazası alıb.

Məlumatlara görə, S.L.Alonso 1960-1996-cı illərdə ölkədə gedən vətəndaş müharibəsi zamanı Dos Erres kəndində törədilən qətliamda iştirak edib. Qətliam nəticəsində çox sayda kişi, qadın, uşaq və qoca öldürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi