​Qüdsdə atışma nəticəsində 21 nəfər yaralanıb

​Qüdsdə atışma nəticəsində 21 nəfər yaralanıb Yerli Təcili Tibbi Yardım Xidməti bildirib ki, xəsarət alanlar arasında vəziyyəti ağır və orta ağır olanlar var
Digər ölkələr
13 Oktyabr , 2015 13:23
​Qüdsdə atışma nəticəsində 21 nəfər yaralanıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Qüdsün Armon a-Natsiv rayonundakı avtobus dayanacağında baş verən atışma nəticəsində 16 nəfər yaralanıb.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, atəş açan iki silahlı polis əməkdaşları və sərhəd xidmət əsgərləri tərəfindən öldürülüb. Yerli Təcili Tibbi Yardım Xidməti bildirib ki, xəsarət alanlar arasında vəziyyəti ağır və orta ağır olanlar var.

Xəbərə əsasən, Qüdsün "Malkey İsrail" küçəsində baş verən atışma nəticəsində isə 5 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi