Yuxarı

Xuan Quaydo Venesuelaya humanitar yardım üçün 1 milyon könüllü yığmaq niyyətindədir

Bakı. 18 fevral. REPORT.AZ/ Özünü müvəqqəti prezident elan edən Venesuela müxalifətinin lideri Xuan Quaydo bildirib ki, o, fevralın 23-də ölkəyə humanitar yardımın çatdırılmasına mane olmağa çalışan hərbçilərin qarşısını alacaq bir milyon könüllü yığmaq niyyətindədir.

"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Xuan Quaydo "Twitter"dəki videomüraciətində bildirib.

Venesuela müxalifətinin lideri müraciəti artıq könüllülər kimi qeydiyyatdan keçən 600 min insana ünvanlayıb.

Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrlərinin təyyarələri Venesuelaya humanitar yardım üçün Kolumbiyaya gəlib. Lakin ölkənin prezidenti Nikolas Maduro humanitar yardımı qəbul etməkdən imtina edib.

Daha əvvəl bildirilib ki, Venesuela müxalifətinin lideri Xuan Quaydonun tərəfdarları bu ölkənin Vaşinqtondakı səfirliyinin bank hesablarına çıxış əldə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi