Yuxarı

Xuan Quaydo tərəfdarları Venesuelanın ABŞ-dakı səfirliyinin bank hesablarına çıxış əldə ediblər

​Quaydo tərəfdarları səfirliyin bank hesablarına çıxış əldə ediblər
Venesuela müxalifətinin lideri Xuan Quaydonun tərəfdarları bu ölkənin Vaşinqtondakı səfirliyinin bank hesablarına çıxış əldə ediblər
© Getty

Bakı. 14 fevral. REPORT.AZ/ Özünü müvəqqəti prezident elan edən Venesuela müxalifətinin lideri Xuan Quaydonun tərəfdarları bu ölkənin Vaşinqtondakı səfirliyinin bank hesablarına çıxış əldə ediblər.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Venesuela müxalifətindəki mənbənin bildirdiyinə görə, onlara hesablar haqqında məlumat verilib. Bildirilib ki, X.Quaydo tərəfdarları hesablardan istifadə etmək imkanına malikdir, amma bütün şərtləri nəzərə alaraq, çox mühafizəkar yanaşma seçiblər.

Müxalifət nümayəndələri hesablarda olan vəsaitlərdən istifadə edə biləcəklərini istisna etməyiblər, lakin bu addımların əvvəlcədən venesuelalı deputatlar tərəfindən təsdiqləməli olduğunu vurğulayıblar.

Qeyd edək ki, ötən ayın sonunda ABŞ X.Quaydonun hökumətin və Venesuela Mərkəzi Bankının Nyu-York Federal Ehtiyat Bankında və digər ABŞ banklarının hesablarında saxlanan aktivlərə nəzarəti ələ keçirməsinə icazə verib.

Daha əvvəl Avropanın 19 ölkəsi Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi