Yuxarı

Quaydo G7 ölkələrinə Venesuelanın Rusiya və Çinlə böhranını müzakirə etməyi xahiş edib

​Quaydo G7-yə Venesuelanın Rusiya ilə böhranını müzakirəsini istəyib

Venesuela müxalifətinin lideri Xuan Quaydo G7 ölkələrinin hakimiyyətlərinə müraciət edərək, ölkəsinin Rusiya, Çin və Kuba ilə yaranmış siyasi böhranını müzakirə etməyi və onların mövqeyinə təsir göstərməyi xahiş edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Dünyanın demokratik ölkələri Nikolas Maduro rejiminə insan hüquqlarının sistematik pozulmalarının ciddi nəticələrə malik olacağını aydın şəkildə çatdırmağa məcburdur", - deyə müxalifətçi bildirib.

Qeyd edilir ki, Quaydo G7-nin hər ölkəsinin Kuba, ÇinRusiya səfirləri ilə görüş, onlara oxşar üsulla fikir bildirməyi tələb etmək arzusunu ifadə edib.

Siyasətçi həmçinin G7 ölkələrinin növbəti görüşünün gündəliyinə Venesuela mövzusunu daxil etməyi xahiş edib. 

Daha əvvəl məlum olub ki, Venesuela hökuməti ABŞ tərəfindən tətbiq edilən yeni sanksiyalara baxmayaraq müxalifətlə danışıqları dayandırmaq niyyətində deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi