Xuan Quaido Venesuelada milli etiraz günü keçirməyə çağırıb

Xuan Quaido Venesuelada milli etiraz günü keçirməyə çağırıb Venesuela müxalifətinin lideri, bu ölkənin Milli Assambleyasının sədri Xuan Quaido tərəfdarlarını bu gün milli etiraz günü keçirməyə çağırıb.
Digər ölkələr
12 Mart , 2019 16:45
Xuan Quaido Venesuelada milli etiraz günü keçirməyə çağırıb

Venesuela müxalifətinin lideri, bu ölkənin Milli Assambleyasının sədri Xuan Quaido tərəfdarlarını bu gün milli etiraz günü keçirməyə çağırıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Bu gün - martın 12-si saat 3-də bütün venesuelalıları özlərinə ən yaxın küçə və prospektlərə çıxmağa çağırıram. Hakimiyyət qəsbkarlığına son qoyulması küçələrdə təşkil edəcəyimiz kütləvi çıxışlardan asılıdır", - müxalifət lideri "Twitter"də yazıb.

X.Quaidonun çağırışı Venesuelada elektrik enerjisi təchizatı sistemində davam edən problemlər və nəticədə ötən həftə ölkə ərazisinin 80%-nin işıqsız qalması fonunda səslənib.

Venesuela hökuməti bəyan edib ki, enerji böhranının səbəbi məsuliyyəti ABŞ-ın üzərinə yıxılan kiberhücum olub.

Son xəbərlər

Orphus sistemi