Yuxarı

Quaido Maduronun devrilməsi zamanı buraxılan səhvlərdən danışıb

​Quaido Maduronun devrilməsi zamanı buraxılan səhvlərdən danışıb

Venesuela Milli Assambleyasının lideri Xuan Quaido respublikanın qanuni prezidenti Nikolas Maduronun devrilməsi üçün göstərdikləri cəhdlərin uğursuzluqla nəticələndiyini bildirib.

"Report" xəbər verir ki, o bunu "The Washington Post" nəşrinə müsahibəsində deyib.

Quaidonun sözlərinə görə, qanuni hakimiyyət ilə mübarizədə müxalifətin məğlubiyyətinin əsas səbəbi ölkə hərbçilərinin hazırkı lideri dəstəkləmələri olub.

O, hərbçilərin müxalifət tərəfə keçəcəyinə və Maduronun baş verənlər fonunda istefa verəcəyinə ümid etdiyini, lakin bunun baş vermədiyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi