Qroznıda Məhəmməd peyğəmbərin (s.a.v.) karikaturalarına qarşı çoxminlik aksiya keçirilir

Qroznıda Məhəmməd peyğəmbərin (s.a.v.) karikaturalarına qarşı çoxminlik aksiya keçirilir Aksiyada Çeçenistanın rəhbəri Ramzan Kadırov iştirak edir
Digər ölkələr
19 Yanvar , 2015 15:24
Qroznıda Məhəmməd peyğəmbərin (s.a.v.) karikaturalarına qarşı çoxminlik aksiya keçirilir

Bakı. 19 yanvar. REPORT.AZ/ Qroznıda şəhər meriyasının qarşısındakı meydanda minlərlə insanın iştirak etdiyi "Məhəmməd peyğəmbərə (s.a.v.) məhəbbət" nümayişi keçirilir. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, onun iştirakçıları "Məhəmməd peyğəmbərin (s.a.v.) karikaturalarına yox!", "İslam xeyirxahlıq və quruculuq dinidir" yazıları olan plakatlar daşıyırlar.

Aksiyada Çeçenistanın rəhbəri Ramzan Kadırov iştirak edir. O bildirib ki, nümayişdə 1 milyondan artıq insan iştirak edə bilər. 

Nümayişdə həmçinin Maxaçqala və Qroznı yepiskopu Varlaam iştirak edir. O, öz çıxışında bildirib ki, Rus Pravoslav Kilsəsi Məhəmməd peyğəmbərin (s.a.v.) karikaturalarını pisləyir. 

Qroznının mərkəzindəki meydan tam dolub, lakin insanlar gəlməyə davam edir. Nümayişin marşrutu "Minutka" meydanından "Çeçenistanın ürəyi" Əhməd-Hacı Kadırov adına mərkəzi məscidin yanına qədər davam edir. 

Günorta mitinq iştirakçıları camaat namazı qılacaq. 

Son xəbərlər

Orphus sistemi