​Myanmada qiyamçılarla silahlı qarşıdurmada 50-yə yaxın hərbçi ölüb

​Myanmada qiyamçılarla silahlı qarşıdurmada 50-yə yaxın hərbçi ölüb Bu atışma son 2 ilin ən qızğın döyüşü sayılır
Digər ölkələr
13 Fevral , 2015 09:49
​Myanmada qiyamçılarla silahlı qarşıdurmada 50-yə yaxın hərbçi ölüb

Bakı. 13 fevral. REPORT.AZ/ Myanma (Birma) ordusu qiyamçılarla silahlı qarşıdurma nəticəsində 47-yə yaxın həbçisini itirib.

"Report" "BBC"yə istinadən xəbər verir ki, 3 gün ərzində baş verən döyüş zamanı təxminən 70 hərbçi yaralanıb.

Münaqişə ölkənin Kokanq rayonunda olub. Xəbərdə bildirilib ki, bu atışma son 2 ilin ən qızğın döyüşü sayılır. Qiyamçıların itkisi haqda məlumat verilməyib.

Xatırladaq ki, kokan xalqı on illərdir daha çox muxtariyyət əldə etmək üçün Myanma hakimiyyətinə qarşı silahlı mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi