Yuxarı

Qırğız Respublikasının sabiq prezidenti partiya sədri vəzifəsindən gedib

Qırğızıstanın sabiq prezidenti partiya lideri vəzifəsindən gedib

Sabiq prezident Almazbek Atambayev Qırğız Sosial Demokrat Partiyasının (SDPK) sədri vəzifəsindən istefa verib.

"Report" xəbər verir ki, bu barədə TASS-a SDPK nümayəndəsi Kunduz Joldubayeva bildirib.

Partiya nümayəndəsinin sözlərinə görə, A.Atambayev ölkədə sabiq dövlət başçılarına dövlət və ya siyasi vəzifələr tutmağı qadağan edən "Prezidentin fəaliyyətinin təminatları haqqında" yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar partiya sədri vəzifəsindən gedib. Əks təqdirdə onlar toxunulmazlıqdan məhrum olacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi