Bakı. 16 yanvar. REPORT.AZ/ Qırğızıstanın "Manas" beynəlxalq hava limanı Türkiyəyə məxsus "Boeing 747" tipli yük təyyarəsinin Bişkekdə qəzaya uğraması səbəbindən bağlanıb.
"Report" xəbər verir ki, bu barədə hava limanının saytında məlumat yerləşdirilib.
Məlumata görə, hava limanı təyyarələri nə qəbul edir, nə də buraxır.
Qəza nəticəsində ən azı 15 nəfərin həyatını itirdiyi bildirilir.