Qırğızıstanda rusiyalı diplomatların olduğu avtomobil qəzaya düşüb

Qırğızıstanda rusiyalı diplomatların olduğu avtomobil qəzaya düşüb Rusiyanın Qırğızıstandakı səfirliyinin iki əməkdaşının olduğu avtomobil Bişkekdə yük mikroavtobusu ilə toqquşub
Digər ölkələr
16 Fevral , 2017 17:42
Qırğızıstanda rusiyalı diplomatların olduğu avtomobil qəzaya düşüb

Bakı. 16 fevral. REPORT.AZ/ Rusiyanın Qırğızıstandakı səfirliyinin iki əməkdaşının olduğu avtomobil Bişkekdə yük mikroavtobusu ilə toqquşub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bundan əvvəl yerli mətbuat Rusiya səfirliyinə aid diplomatik nömrəsi olan avtomobilin "Manas" hava limanına gedən yolda yük mikroavtobusu ilə toqquşduğunu yazıb. 

Avtomobildə səfirliyin iki əməkdaşı olub. 

İlkin məlumatlara görə, avtomobillərdən biri yol kəsişməsini qırmızı işıqda yüksək sürətlə keçib. Hər iki sürücü xəstəxanaya çatdırılıb.

Rusiya diplomatik nümayəndəliyinin mətbuat katibi Darya Paxomova qəza faktını təsdiqləyib, amma əlavə məlumat verə bilməyəcəyini qeyd edib. Onun sözlərinə görə, hadisənin səbəbləri araşdırılır, səfirliyin nümayəndələri hadisə yerindədir.

Son xəbərlər

Orphus sistemi