Qırğızıstanda latın əlifbasına keçid təklif olunub

Qırğızıstanda latın əlifbasına keçid təklif olunub Qırğızıstan parlamentinin "Ata meken" fraksiyasından olan deputatı Kanıbek İmanəliyev latın əlifbasına keçmək təklifi ilə çıxış edib
Digər ölkələr
14 Aprel , 2017 11:04
Qırğızıstanda latın əlifbasına keçid təklif olunub

Bakı. 14 aprel. REPORT.AZ/ Qırğızıstan parlamentinin "Ata meken" fraksiyasından olan deputatı Kanıbek İmanəliyev latın əlifbasına keçmək təklifi ilə çıxış edib.

Bu barədə "Report" "Veçerniy Bişkek"ə istinadən xəbər verir.

"Onsuz da 2030-2040-cı illərdə latin əlifbasına keçəcəyik. Bu, zamanın və texnologiyanın inkişafının tələbidir", - K.İmanəliyev bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə ölkənin latın əlifbasına keçmək imkanı yoxdur, bu, yalnız 15-20 il sonra baş verə bilər.

Xatırladaq ki, Qazaxıstan bu yaxınlarda gələn ildən latın əlifbasına keçəcəklərini bəyan edib.

Son xəbərlər

Orphus sistemi