Qırğız Respublikası və Tacikistan sərhəd bölgələrində torpaq mübadiləsi aparılacaq

Qırğız Respublikası və Tacikistan sərhəd bölgələrində torpaq mübadiləsi aparılacaq Qırğız Respublikası və Tacikistan sərhəd bölgələrində torpaq mübadiləsi etməyi planlaşdırır.
Digər ölkələr
15 Yanvar , 2020 11:31
Qırğız Respublikası və Tacikistan sərhəd bölgələrində torpaq mübadiləsi aparılacaq

Qırğız Respublikası və Tacikistan sərhəd bölgələrində torpaq mübadiləsi etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə Qırğız Respublikası hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dünən Tacikistanda dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə əlaqədar iki ölkə nümayəndələrinin görüşü keçirilib.

"Topoqrafik işçi qruplarına martın 1-dək Batken rayonu ilə İsfara şəhəri arasında Səmərqəndək və Kok-Taş ərazilərindəki bərabərdəyərli və bərabərölçülü torpaq sahələrinin mübadiləsi üçün razılaşdırılmış variantların işlənməsi tapşırılıb", - mətbuat xidmətindən bildirilib.

Həmçinin Nazirlər Kabinetindən verilən məlumata görə, işçi qruplarına fevralın 15-dək dövlət sərhədinin 114 kilometr uzunluğundakı hissəsində layihə xəttinin keçidinin təsvir edilməsi üzrə razılaşdırılmış mövqe təqdim etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi