Qırğızıstan prezidenti ürəyində yaranan problem səbəbindən ABŞ-a səfərini təxirə salıb

Qırğızıstan prezidenti ürəyində yaranan problem səbəbindən ABŞ-a səfərini təxirə salıb Almazbek Atambayev BMT BA-nın 71-ci sessiyasında iştirak etməyəcək
Digər ölkələr
19 Sentyabr , 2016 21:13
Qırğızıstan prezidenti ürəyində yaranan problem səbəbindən ABŞ-a səfərini təxirə salıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Qırğızıstan prezidenti Almazbek Atambayev ürəyində yaranan problem səbəbindən BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etməyəcək.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi prezidentin saytı məlumat yayıb.

"Bişkekdən Nyu-Yorka gedən yolda, Qırğız Respublikası nümayəndə heyətinin yerdəyişmə etməyi planlaşdırdığı Atatürk hava limanında, prezident Almazbek Atambayev özünü pis hiss edib, bununla əlaqədar o ilkin tibbi müayinədən keçirilib", — deyə sayta yerləşdirilən məlumatda bildirilir.

Həmçinin qeyd olunur ki, həkimlər müayinədən sonra sinəsində ağrıların olmasından şikayətlənən Atambayevin təcili dərin tibbi müayinədən keçməli olması barədə qərar qəbul ediblər.

"Həkimlərin ilkin qərarına görə, dövlət başçısında ürək problemi ilə bağlı əlamətlər aşkar olunub", — deyə məlumatda qeyd olunub.

Məlumata görə, bununla əlaqədar olaraq Atambayev tibbi müayinədən keçəcək və bir müddət həkimlərin nəzarəti altında olacaq. Qırğızıstanın BMT Baş Assambleyasında iştirak edəcək nümayəndə heyətinə isə ölkənin xarici işlər naziri Erlan Abdıldayev başçılıq edəcək.

Son xəbərlər

Orphus sistemi