Yuxarı

Qırğızıstan Nəqliyyat Nazirliyinin dörd əməkdaşı qar uçqunu nəticəsində ölüb

Qırğızıstan Nəqliyyat Nazirliyinin dörd əməkdaşı qar uçqunu nəticəsində ölüb 781
Qar uçqunu Bişkek-Oş avtomagistralının 255-ci kilometrində üç avtomobilin üzərinə düşüb
© Courtesy İmage

Bakı. 28 mart. REPORT.AZ/ Qırğızıstanda baş verən qar uçqunu Bişkek-Oş avtomagistralının 255-ci kilometrində üç avtomobilin üzərinə düşüb.

"Report" respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, hadisə nəticəsində dörd nəfər ölüb.

FHN-in yaydığı məlumata əsasən, qar uçqunu altında "Toyota", "Lexus" və "Subaru" markalı avtomobillər qalıb. "Toyota"da respublikanın Nəqliyyat və Yollar Nazirliyinin dörd üzvü olub, onlar hadisə yerində keçinib. "Lexus"un sürücüsü və iki sərnişinini, eləcə də "Subaru"da olan üç nəfəri xilasedicilər qar uçqunu altından xilas edib", - məlumatda bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi