Qırğız Respublikası və Tacikistan sərhəddə birgə patrul çəkəcək

Qırğız Respublikası və Tacikistan sərhəddə birgə patrul çəkəcək Qırğız Respublikası ilə Tacikistan sərhəddə birgə patrul çəkmək barədə razılığa gəlib.
Digər ölkələr
23 İyul , 2019 17:47
Qırğız Respublikası və Tacikistan sərhəddə birgə patrul çəkəcək

Qırğız Respublikası ilə Tacikistan sərhəddə birgə patrul çəkmək barədə razılığa gəlib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikasının hökumətindən bildiriblər.

"Daxili İşlər Nazirliyi və Sərhəd Xidməti nümayəndələrinin görüşü zamanı birgə patrul çəkilməsi barədə razılıq əldə olunub", - məlumatda deyilir.

Qırğız Respublikasının Nazirlər Kabinetindən verilən məlumata görə, hazırda baş nazirin müavini Jeniş Razakov, Sərhəd Xidmətinin sədri Ularbek Şarşeyev, daxili işlər naziri Kaşkar Cünuşəliyev, eləcə də yerli hakimiyyət nümayəndələri insident baş vermiş ərazidədir.

"Onların fəaliyyətləri, ilk növbədə, vəziyyəti sabitləşdirmək və sərhəd zonasında yeni gərginliyin qarşısını almaq məqsədi daşıyır", - hökumətdən vurğulanıb.

Hazırda toqquşmalar dayanıb, hər iki dövlətin sərhədçi bölmələri gücləndirilmiş xidmət aparma rejiminə keçirilib.

Xatırladaq ki, dünən axşam saatlarında Qırğız Respublikası ilə Tacikistan arasındakı sərhəddə Tacikistanın Vorux kəndinin sakinlərinin kəndin girişində bayraq qaldırması səbəbilə münaqişə yaranıb. Qırğız Respublikasının Aksay kəndinin sakinləri bayraq dirəyinin qoyulmasına qarşı çıxıb və nəticədə tərəflərdən biri atəş açıb.

Son xəbərlər

Orphus sistemi