Qəzzanı bombardıman edən İsrail pilotu katapult zamanı ölüb

Qəzzanı bombardıman edən İsrail pilotu katapult zamanı ölüb Pilotun hansı səbəbdən katapult etdiyi məlum deyil
Digər ölkələr
6 Oktyabr , 2016 00:36
Qəzzanı bombardıman edən İsrail pilotu katapult zamanı ölüb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Çərşənbə günü İsrail Hərbi Hava Qüvvələrinin pilotu ölkənin cənubundakı Ramon aviabazası ərazisində "F-16" qırıcısından katapult edən zamanı ölüb.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzetinin elektron versiyası yazıb.

Məlumata görə, şturman da təyyarəni tərk edib və yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Təyyarə Qəzzada əməliyyat tapşırığından qayıdıb.

İsrailin Müdafiə Ordusu nümayəndələri pilotu katapult etmək məcburiyyətində qoyan səbəblərin hazırda məlum olmadığını bildiriblər. İnsidentin araşdırılmasına başlanıb.

Son xəbərlər

Orphus sistemi