Qəzza sektorunda toqquşmalar zamanı 122 fələstinli xəsarət alıb

Qəzza sektorunda toqquşmalar zamanı 122 fələstinli xəsarət alıb Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalar zamanı 122 fələstinli xəsarət alıb.
Digər ölkələr
23 Avqust , 2019 23:46
Qəzza sektorunda toqquşmalar zamanı 122 fələstinli xəsarət alıb

Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalar zamanı 122 fələstinli xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Maan" informasiya agentliyi sahilyanı anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, 50-dən çox yaralı odlu silahdan açılan atəş zamanı xəsarət alıb. Onlar arasında 3 tibb işçisi də var.

Məlumata görə, sektorun bir neçə yüz sakini cümə duasından sonra 71-ci "Qayıdış marşı"na çıxıblar. Onlar İsraillə sərhədə gəliblər. İsrailin hərbi qulluqçuları sərhəd xəttində onlara yaxınlaşan fələstinlilərə qarşı gözyaşardıcı qaz tətbiq ediblər və atəş açıblar. 

Son xəbərlər

Orphus sistemi