Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 9 fələstinli yaralanıb

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 9 fələstinli yaralanıb Bakı. 18 fevral. REPORT.AZ/ Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 9 fələstinli yaralanıb.
Digər ölkələr
18 Fevral , 2019 00:42
Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 9 fələstinli yaralanıb
"AFP"

Bakı. 18 fevral. REPORT.AZ/ Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 9 fələstinli yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə yerli Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kidr bildirib.

"Anklavın mərkəzi hissəsində, Cabaliyə şəhərində İsrail ordusunun əsgərləri ilə gecə toqquşmaları nəticəsində doqquz fələstinli yaralanıb", - deyə o bildirib.

Fələstin sakinləri və İsrail hərbçiləri arasında toqquşmalar bir neçə gün əvvəl Qəzza sektorunda toqquşmalar zamanı üç yeniyetmənin ölümündən sonra yenilənib.

İsrail ordusunun mətbuat xidməti öz növbəsində bildirib ki, bazar günü axşam baş verən toqquşmalarda bu ölkənin 1 hərbi qulluqçusu yaralanıb.

Daha əvvəl İsrail hərbçiləri ilə toqquşmalarda 1 fələstinli ölüb, 10 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi