Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 3 fələstinli ölüb

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 3 fələstinli ölüb Bakı. 6 oktyabr. REPORT.AZ/ Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda aralarında 13 yaşlı yeniyetmənin də olduğu 3 fələstinli ölüb, 126- nəfər güllə yarası alıb.
Digər ölkələr
6 Oktyabr , 2018 14:24
Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 3 fələstinli ölüb
TUT.by

Bakı. 6 oktyabr. REPORT.AZ/ Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda aralarında 13 yaşlı yeniyetmənin də olduğu 3 fələstinli ölüb, 126- nəfər güllə yarası alıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Assotiated Press məlumat yayıb.

İsrail ordusunun məlumatına görə, ötən gün etiraz aksiyasına Fələstin muxtariyyatı sərhədinin müxtəlif yerlərində "Həmas" hərəkatının çağırışı ilə çıxan 20 min sakin hərbçilərə tərəf yanan təkər, daş və əldəqayırma partlayıcı atıblar. İsrail hərbçiləri isə buna qarşı gözyaşardıcı qaz və döyüş silahlarından istifadə ediblər.

Son xəbərlər

Orphus sistemi