Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 220 fələstinli yaralanıb

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 220 fələstinli yaralanıb Bakı. 4 avqust. REPORT.AZ/ Qəzza zolağı ilə sərhəddə İsrail hərbçiləri ilə baş verən toqquşmalar zamanı yaralanan fələstinlilərin sayı 220 nəfərə çatıb.
Digər ölkələr
4 Avqust , 2018 05:58
Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 220 fələstinli yaralanıb

Bakı. 4 avqust. REPORT.AZ/ Qəzza zolağı ilə sərhəddə İsrail hərbçiləri ilə baş verən toqquşmalar zamanı yaralanan fələstinlilərin sayı 220 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidraya istinadən RİA "Novosti" məlumat yayıb.

"Bu gün şərq sərhədlərində 25 yaşlı fələstinli ölüb və daha 220 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb", - deyə Əl-Kidra bildirib.

Silahlı toqquşmalar 4 aydır ki, "Böyük qayıdış marşı" adı altında keçirilən davamlı etiraz aksiyaları çərçivəsində baş verir.

Son xəbərlər

Orphus sistemi