Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 55 fələstinli xəsarət alıb

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 55 fələstinli xəsarət alıb Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda azı 55 fələstinli xəsarət alıb.
Digər ölkələr
13 Sentyabr , 2019 23:46
Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 55 fələstinli xəsarət alıb

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda azı 55 fələstinli xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyinə anklavın Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidr bildirib.

"Bu gün saat 19:30-da anklavın şərq sərhədlərində İsrail hərbçiləri ilə toqquşmalarda əlli beş fələstinli xəsarət alıb. Onlardan 29-u döyüş güllələri ilə yaralanıb", - deyə əl-Kidr bildirib.

Qəzza sahəsində fələstinlilərin etirazları ardıcıl olaraq 74-cü cümə günüdür ki, davam edir. Aksiyalar anklavın sərhədlərində İsrail hərbçiləri ilə toqquşmalarla müşayiət olunur. Ötən ilin 30 martından bu günə kimi davam edən toqquşmalarda 310 nəfər həyatını itirib.

Daha əvvəl bildirilirdi ki, toqquşmalarda 30 nəfər xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi