Qəzza zolağında İsrail ordusu ilə toqquşmalarda fələstinli ölüb

Qəzza zolağında İsrail ordusu ilə toqquşmalarda fələstinli ölüb Daha bir fələstinli anklavın mərkəzi hissəsində təsadüfi partlayış nəticəsində ölüb
Digər ölkələr
23 Aprel , 2018 03:04
Qəzza zolağında İsrail ordusu ilə toqquşmalarda fələstinli ölüb

Bakı. 23 aprel. REPORT.AZ/ Qəzza zolağında İsrail ordusu ilə toqquşmalarda yaralanmış fələstinli dünyasını dəyişib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu anklavın Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kedra deyib.

"Bu gün axşam Rafah şəhər xəstəxanasında ötən cümə İsrail ordusu ilə toqquşmalarda yaralanmış 23 yaşlı fələstinli dünyasını dəyişib", - deyə əl-Kedra bildirib.

Bundan əlavə, onun sözlərinə görə, daha bir fələstinli anklavın mərkəzi hissəsində təsadüfi partlayış nəticəsində ölüb.

Son xəbərlər

Orphus sistemi