Qəzza sektoru sərhədində yenidən toqquşmalar olub, yaralananlar var

Qəzza sektoru sərhədində yenidən toqquşmalar olub, yaralananlar var Hərbçilər döyüş patronlarından, eləcə də gözyaşardıcı qazdan istifadə edirlər
Digər ölkələr
13 Aprel , 2018 16:14
Qəzza sektoru sərhədində yenidən toqquşmalar olub, yaralananlar var

Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün minlərlə fələstinli yenidən İsrailin silahlı qüvvələri ilə etirazçılar arasında qarşıdurmaların baş verdiyi Qəzza sektoru yaxınlığına toplaşıb.

"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, toqquşmalar nəticəsində 8 fələstinli yaralanıb.

İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi bildirib ki, hərbçilər döyüş patronlarından, eləcə də gözyaşardıcı qazdan istifadə edirlər.

Qeyd edək ki, İsrail ordusu ilə fələstinlilər arasında qarşıdurmalar ardıcıl üçüncü həftədir davam edir.

Son xəbərlər

Orphus sistemi