Avstraliyada təyyarə qəzaya uğrayıb, xəsarət alan var

Avstraliyada təyyarə qəzaya uğrayıb, xəsarət alan var Bakı. 5 fevral. REPORT.AZ/ Avstraliyada kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
Digər ölkələr
5 Fevral , 2019 05:35
Avstraliyada təyyarə qəzaya uğrayıb, xəsarət alan var

Bakı. 5 fevral. REPORT.AZ/ Avstraliyada kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Qold-Kost şəhərində baş verib.

Təyyarə Qold-Kost Palmvuds kurortunda manevr edərkən ağaca ilişib və yaşayış evinin həyətinə düşüb. Qəza zamanı təyyarənin heyət üzvü xəsarət alıb.

Avstraliyanın Nəqliyyat Təhlükəsizliyi Bürosu və polis hadisənin səbəbini araşdırır.

Daha əvvəl Avstraliyanın şərqindəki Brisbeyn şəhərinin beynəlxalq hava limanı fövqəladə vəziyyətə görə polis tərəfindən təxliyyə edilib.

Son xəbərlər

Orphus sistemi