Yuxarı

Efiopiyada hərbi vertolyot qəzaya uğrayıb, ölənlər və yaralananlar var

Bakı. 10 fevral. REPORT.AZ/ Efiopiyanın Hərbi Hava Qüvvələrinin Sudanın Cənubi Sudanla sərhədindəki Abey mübahisəli ərazisinin Kaduqli şəhərinə uçan vertolyotu qəzaya uğrayıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

BMT-nin Abey ərazisində təhlükəsizliyin təmin olunması üzrə müvəqqəti qüvvələrinin məlumatına görə, hadisə zamanı vertolyotda 23 nəfər olub. Onlardan 3həlak olub, daha 10 nəfər yaralanıb. Qeyd edilir ki, yaralılardan 3-ü ağır vəziyyətdədir.

Qəzanın başvermə səbəbi hələ müəyyənləşdirilməyib, araşdırmalara başlanılıb.

Daha əvvəl Efiopiyada xüsusi xidmət orqanlarının 30-dan çox əməkdaşı korrupsiyada və insan hüquqlarının pozulmasında şübhəli bilinərək həbs olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi