​Qətərdə çəkiliş aparan alman jurnalistlər həbs olunublar

​Qətərdə çəkiliş aparan alman jurnalistlər həbs olunublar Onların bütün avadanlıqları əllərindən alınıb
Digər ölkələr
6 May , 2015 22:57
​Qətərdə çəkiliş aparan alman jurnalistlər həbs olunublar

Bakı. 6 may. REPORT.AZ/ Qətərdə futbol üzrə Dünya çempionatı - 2022 haqqında çəkiliş aparan Almaniyanın WDR telekanalının iki jurnalist qrupu həbs olunub.

"Report" BBC-yə istinadən xəbər verir ki, jurnalistlər paytaxt Dohada saxlanılıblar.

Onlar dövlət təhlükəsizlik orqanında 14 saat davam edən dindirilmədən sonra sərbəst buraxılıblar və avadanlıqları polisdə qalaraq ölkəni tərk ediblər. Dörd həftədən sonra avadanlıqlar telefonlarla birlikdə sahiblərinə qaytarılıb. Lakin aparatlara olan bütün materiallar silinib.

Qətərin dövlət məmurları jurnalistlərin saxlanılmasını, onların çəkiliş aparmaq üçün icazələrinin olmadığını bəyan ediblər.

Son xəbərlər

Orphus sistemi