Qətər qonşu dövlətlərlə münaqişə fonunda hərbi parad keçirib - VİDEO

Qətər qonşu dövlətlərlə münaqişə fonunda hərbi parad keçirib - VİDEO Bakı. 18 dekabr. REPORT.AZ/ Qətər çərşənbə axşamı qonşu ölkələr tərəfindən gözlənilən təhlükə fonunda ölkənin yaranmasının 47-ci ildönümünü hərbi paradla qeyd edib.
Digər ölkələr
18 Dekabr , 2018 21:57
Qətər qonşu dövlətlərlə münaqişə fonunda hərbi parad keçirib - VİDEO

Bakı. 18 dekabr. REPORT.AZ/ Qətər çərşənbə axşamı qonşu ölkələr tərəfindən gözlənilən təhlükə fonunda ölkənin yaranmasının 47-ci ildönümünü hərbi paradla qeyd edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, əmirlik qonşu Səudiyyə Ərəbistanı, BƏƏBəhreynlə əlaqələrin kəsilməsindən 18 ay sonra Milli günü bayram etmək üçün "Qətər azad qalacaq" şüarını seçib.

Əmirin xüsusi dəniz təyinatlıları, terrorla mübarizə bölmələri və kimyəvi qoşunlarlar da daxil olmaqla, bütün qoşun növlərinin hərbçiləri Dohanın dəniz sahilində dövlət rəhbərliyi və hərbi komandanlıq üçün quraşdırılmış tribunanın önündən keçiblər.

Hərbi texnika və müxtəlif qoşun növlərinin nümayişi 2 saat çəkib.

Son xəbərlər

Orphus sistemi