Yuxarı

Qətər hərbçiləri Səudiyyə Ərəbistanında keçirilən təlimdə iştirak edir

Qətər hərbçiləri Səudiyyədəki təlimə qatılıblar

Bakı. 21 fevral. REPORT.AZ/ Qətər Silahlı Qüvvələri Səudiyyə Ərəbistanında keçirilən “Əl-Cəzirə qalxanı-10” beynəlxalq hərbi təlimdə iştirak edir.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Qətər həbçilərini Səudiyyə Ərəbistanı Protokol xidmətinin başçısı, briqada generalı Nasir İbrahim əs-Salim qarşılayıb.

Qətərin Müdafiə Nazirliyindən bildirilib ki, martın 12-dək davam edəcək təlim çərçivəsində körfəz ölkələri ilə birlikdə tapşırıqlar yerinə yetiriləcək.

Qeyd edək ki, 2017-ci il iyunun 5-də Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviya, Maldiv Respublikası, Mavrikiya Respublikası Qətərlə əlaqəni kəsdiklərini bildirmişdilər. Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra - Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb. Belə ki, sammit zamanı Səudiyyə Ərəbistanı hakimiyyəti bütün qonaqların adından düşmən siyasət yeritdiyinə görə Tehranı pisləyib və müvafiq addımlarla İranı hədələyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi