Qətər əmiri siyasi böhranın həlli üçün Vaşinqtona getməyəcək

Qətər əmiri siyasi böhranın həlli üçün Vaşinqtona getməyəcək Şeyx Tamim ölkə blokadada olduqca, Qətəri tərk etmək fikrində deyil
Digər ölkələr
9 İyun , 2017 06:45
Qətər əmiri siyasi böhranın həlli üçün Vaşinqtona getməyəcək

Bakı. 9 iyun. REPORT.AZ/ Qətər əmiri şeyx Tamim bin Hamad əl Tani ölkəni tərk etmək, eləcə də ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona getməyi planlaşdırmır.

"Report" xəbər verir ki, bu barədə Qətər hakimiyyətinin rəsmi nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.

"Əmir ölkə blokadada olduğu müddətcə, Qətəri tərk etməyi planlaşdırmır", - deyə agentliyin mənbəsi bildirib.

Tramp Qətərə və onunla münasibətləri kəsən dövlətlərə fikir ayrılığının yoluna qoyulması istiqamətində köməyini təklif edib. Ağ evin məlumatına görə, Tramp bunu Qətər əmiri ilə telefon söhbətində deyib.

Son xəbərlər

Orphus sistemi