Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin hərbçiləri Qambiyanın paytaxtına daxil olub

Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin hərbçiləri Qambiyanın paytaxtına daxil olub Qoşun hissələri ölkədə təhlükəsizliyin təmin olunması məqsədilə qalacaq
Digər ölkələr
23 Yanvar , 2017 00:49
Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin hərbçiləri Qambiyanın paytaxtına daxil olub

Bakı. 23 yanvar. REPORT.AZ/ Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) hərbçiləri Qambiyanın paytaxtına daxil olublar.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Məlumatda qeyd edilir ki, hərbçilər hakimiyyətin prezident Adam Barrouya ötürülməsinə nəzarət edəcəklər.

Bundan başqa, ölkəni tərk etmiş sabiq prezident Yayya Cammi dövlət xəzinəsini boşaldıb. Keçmiş prezident Ekvator Qvineyasına sürgünə yola düşüb.

Qərbi Afrika ölkələrinin iqtisadi birliyi yanvarın 19-da 7000 əsgəri Qambiyaya göndərib. Qoşun hissələri ölkə ərazisində təhlükəsizliyin təmin olunması məqsədilə qalacaq.

Son xəbərlər

Orphus sistemi