Bakı. 10 iyul. REPORT.AZ/ Qərbi Afrikada öldürücü Ebola xəstəliyi virusunun yayılması və ona qarşı mübarizə tədbirləri üçün donar-ölkələr 3 milyard dollar vəsait ayırmalıdır.
"Report"un BBC-yə istinadən yaydığı məlumata görə, bu fikri Nyu-Yorkda davam edən beynəlxalq konfransda çıxış edən Qvineya, Liberiya və Syerra-Lionenin dövlət başçıları səsləndiriblər.
Dünyanın Ebola virusundan ən çox ziyan çəkmiş üç ölkəsində 25,5 mindən çox insan ölümcül virusun qurbanıdır. 11 min insan artıq dünyasını dəyişib.