Bakı. 14 yanvar. REPORT.AZ/ Polşanın Qdansk şəhərinin meri Pavel Adamoviç aldığı bıçaq yarasından xəstəxanada ölüb.
“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Qeyd edək ki, yanvarın 13-də əvvəl məhkum olunmuş, 27 yaşlı Qdansk sakini konsert zamanı merə hücum edərək onu ağır yaralamışdı.