Yuxarı

Qazaxıstanda helikopter qəzası baş verib, ölən var - FOTO

Qazxıstanda helikopter qəzası baş verib, ölən var - FOTO

Bakı. 17 dekabr. REPORT.AZ/ Qazaxıstanın Almatı şəhəri yaxınlığında “Eurocopter-130” tipli helikopterin qəzaya uğraması nəticəsində 50 yaşlı pilot ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə hallar komitəsinin sözçüsü Nursultan Nurəhmədov “Alatau” sanatoriyası ərazisində baş verən qəzadan sonra pilotun təcili yardım avtomobilində dünyasını dəyişdiyini bildirib.

“Sky Service” şirkətinə məxsus helikopterin şəhərin 5 kilometrliyindəki Boralday Hava Limanından Böyük Almatı gölünə tərəf uçduğu bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi