Qazaxıstanda yaşayış binasının uçması nəticəsində 9 nəfər ölüb

Qazaxıstanda yaşayış binasının uçması nəticəsində 9 nəfər ölüb Xilasetmə işlərinə 280 nəfər cəlb edilib
Digər ölkələr
2 Yanvar , 2017 06:57
Qazaxıstanda yaşayış binasının uçması nəticəsində 9 nəfər ölüb

Bakı. 2 yanvar. REPORT.AZ/ Qazaxıstanın Karaqanda vilayətinin Şaxan qəsəbəsində yaşatış binasının uçması nəticəsində 9 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi Qazaxıstanın Daxili İşlər Nazirliyinin "qaynar xətt"inə istinadən məlumat yayıb.

"Hazırda ölənlərin sayı 9 nəfərdir" – deyə "qaynar xətt"in əməkdaşı bildirib. O, həmçinin qeyd edib ki, binanın uçması nəticəsində xəsarət almış 2 nəfər xəstəxanaya yerləşdirilib.

Ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmanqulov isə bildirib ki, hazırda xilasetmə işlərinə xilasedicilər, polis əməkdaşları, təcili yardım briqadasının əməkdaşları da daxil olmaqla 280 nəfər cəlb edilib. Xilasetmə işlərində həmçinin ağır texnikadan da istifadə edilir.

"İşlər bütün gecə və hər yerdə davam etdirilib" – deyə İmanqulov bildirib.

Son xəbərlər

Orphus sistemi