​Qazaxıstanda qısqanc ər öz ailə üzvlərini qətlə yetirib

​Qazaxıstanda qısqanc ər öz ailə üzvlərini qətlə yetirib O, anasını, iki qardaşını, həyat yoldaşını, iki övladını və özünü güllələyib
Digər ölkələr
11 Oktyabr , 2015 16:27
​Qazaxıstanda qısqanc ər öz ailə üzvlərini qətlə yetirib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Qazaxıstanın Türküstan şəhərində kişi qısqanclıq zəminində bütün ailə üzvlərini travmatik tapança ilə güllələyib, sonda isə intihara cəhd edib.

"Report""İnterfax"a istinadən xəbər verir ki, 30 yaşlı kişi həyat yoldaşını, iki qardaşını və 5 yaşlı qızını qətlə yetirib.

Bundan əlavə, o, 52 yaşlı anasını və 6 yaşlı oğlunu yaralayıb. Daha sonra kişi özünü öldürməyə cəhd göstərib.

Hazırda şübhəli şəxs anası və oğlu ilə birgə ağır vəziyyətdə reanimasiyadadır.

Son xəbərlər

Orphus sistemi