Qazaxıstanda ağır yol qəzası baş verib: 9 ölü, 27 yaralı

Qazaxıstanda ağır yol qəzası baş verib: 9 ölü, 27 yaralı Hadisə ölkənin qərbində qeydə alınıb
Digər ölkələr
26 Noyabr , 2017 03:34
Qazaxıstanda ağır yol qəzası baş verib: 9 ölü, 27 yaralı

Bakı. 26 noyabr. REPORT.AZ/ Qazaxıstanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, hadisə ölkənin qərbində, Janaozen şəhəri yaxınlığında qeydə alınıb.

Belə ki, Tenqe qəsəbəsində "QAZel" markalı avtomobil dəmiryolunda teplovozla toqquşub. Prokurorluğun məlumatına görə, hadisə nəticəsində 9 nəfər ölüb. 

Qəza zamanı daha 27 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi