Qazaxıstan təhlükəsizlik qüvvələri Aktobedə genişmiqyaslı xüsusi əməliyyat həyata keçirir

Qazaxıstan təhlükəsizlik qüvvələri Aktobedə genişmiqyaslı xüsusi əməliyyat həyata keçirir Əməliyyat neft emalı zavodu yaxınlığında, saxlanılmalar isə şəhərin müxtəlif yerlərində həyata keçirilir
Digər ölkələr
7 Dekabr , 2016 12:19
Qazaxıstan təhlükəsizlik qüvvələri Aktobedə genişmiqyaslı xüsusi əməliyyat həyata keçirir

Bakı. 7 dekabr. REPORT.AZ/ Qazaxıstanın qərbində yerləşən Aktobe şəhərində genişmiqyaslı xüsusi əməliyyat həyata keçirilir.

Bu barədə "Report" "Tengrinews.kz" portalına istinadən xəbər verir.

"Hazırda Aktobedə Milli Təhlükəsizlik Komitəsinin qüvvələri tərəfindən xüsusi əməliyyat keçirilir. Əməliyyat neft emalı zavodu yaxınlığında, saxlanılmalar isə şəhərin müxtəlif yerlərində həyata keçirilir. Xüsusi əməliyyat başa çatanda Milli Təhlükəsizlik Komitəsindən bu barədə əlavə məlumat veriləcək", - deyə Qazaxıstan İnformasiya və Rabitə Nazirliyinin mətbuat katibi Arsen Bektasov bildirib.

Qeyd olunur ki, əməliyyatda Milli Təhlükəsizlik Komitəsinin, Daxili İşlər Nazirliyinin, Qazaxıstan Korrupsiyaya qarşı mübarizə Xidmətinin əməkdaşları iştirak edir.

Son xəbərlər

Orphus sistemi